Yol kənarında qalan şübhəli çantalar vətəndaşlarda təşviş yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Çankaya rayonunun Kurtuluş rayonunda baş verib.

Yol kənarında tərk edilmiş çanta görən vətəndaşlar polisə xəbər verib. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb edilib və təhlükəsizlik təmin edildikdən sonra bomba zərərsizləşdirilməsi mütəxəssisləri tərəfindən çantaya baxış keçirilib və çantada paltarlar aşkar edilib.

Bildirilir ki, hadisə vətəndaşlarda böyük panika yaradıb.