"Almanların yarıdan çoxu Ukraynaya hərbi yardımın artırılmasının əleyhinədir."


İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı sorğuda iştirak edən almanların böyük əksəriyyəti (91 faiz) Ukraynaya simpatiyasını bildirsə də, yarıdan çoxu (54 faiz) ölkələrinin ya kifayət qədər (37 faiz), ya da həddən artıq (17 faiz) hərbi və humanitar yardım göstərdiyini bildirib.


Sorğuda iştirak edənlərin təxminən üçdə biri siyasətə qarşı çıxıb, tərəfdarların isə “həvəsli olmadığı” aşkar edilib. Digər tərəfdən, sorğu ölkənin Şərqi ilə Qərbi arasında kəskin fikir ayrılığını göstərib.

Nəticədə Şərqi almanların yarıdan çoxu (52 faiz) Qərbi almanlarla (27 faiz) müqayisədə Ukraynaya hərbi yardımın artırılmasının əleyhinə olduğunu bildirib.