Almaniyada müflisləşən şirkətlərin sayı bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 8571-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında deyilir.

Məlumata görə, bu dövrdə ölkədə 8 min 571 müəssisə iflas elan edib. Ən çox iflas nəqliyyat və anbar sektorunda qeydə alınıb. İflasların ən az görüldüyü sektor isə enerji təchizatı sektoru olub.

 

Gözəl Həşimova