Almaniyada yüksək səviyyəli bank məsləhətçisi ölkənin enerji sahəsindəki ehtiyaclarını ödəmək üçün İranla gizli danışıqlar apardığını bildirib.

“Jerusalem Post” qəzeti xəbər verir ki, ABŞ-ın İranın enerji ixracatına qarşı sanksiyalarına baxmayaraq, Almaniyanın İran benzinini necə alacağı  hələlik bəlli deyil.

Bildirilir ki, Almaniya hökuməti dünya dövlətləri ilə İran arasında nüvə razılaşmasına ümid bəsləyir. Bu razılaşma ABŞ-ın onun enerji ixracına tətbiq etdiyi sanksiyaların ləğvinə səbəb olacaq.