Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında səylərini bundan sonra da davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Şarl Mişel Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.