"Avropa İttifaqı (Aİ) ölkənin enerji təhlükəsizliyini qorumaq üçün Polşaya 5 milyard avro ayıracaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, Aİ ilin sonuna qədər Polşaya əvvəllər dondurulmuş 5 milyard avronu ayıracaq: "Aİ ilin sonuna kimi bloku açıb Polşaya vəsait köçürəcək. Bu, bizim enerji suverenliyimiz üçün vacib puldur".

Qeyd edək ki, Aİ-nin demokratik prinsiplərə əməl etmədiyinə görə assosiasiyaya üzv ölkələrə büdcə ödənişlərini dayandırmaq hüququ olub. 2021-ci ildə Brüssel Polşanın tələb etdiyi 36 milyard avronun ödənişini dondurub. Bu məbləğin bloklanması ölkədə baş verən məhkəmə islahatları ilə bağlı olub.

 

Gözəl Həşimova