Ermənistan Milli Assambleyasının hakim çoxluq “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə erməni diplomat öz feysbuk hesabında paylaşım edib.

“Biz Ermənistan-ABŞ parlamentlərarası əlaqələri, perspektivləri və onların daha da dərinləşdirilməsi planlarını müzakirə etdik.

Mən ABŞ-nin Azərbaycanla sülh prosesində iştirakını vurğulayaraq, bu gün Vaşinqtonda keçiriləcək danışıqlarda irəliləyişin qeydə alınacağına ümid etdiyini bildirdim.

Səfir Kvien vurğuladı ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında çox maraqlıdır və bu, ABŞ-nin danışıqlar prosesində fəal iştirakı ilə sübut olunur”, - paylaşımda qeyd olunub.