Müharibə əleyhinə olan “World Beyond War” təşkilatı ABŞ-ın dünyanı əhatə edən hərbi bazalarını göstərən xəritə dərc edib.

İqtisadiyyat.az xəbər verir ki, saytda dərc olunan xəritədə istifadəçilərin ABŞ-ın qeyri-ABŞ ölkələrdəki 867 bazasını onlayn olaraq ətraflı şəkildə araşdıra biləcəyi məlumat sistemi daxildir.
Sayta daxil olan istifadəçilər idarəetmə paneli vasitəsilə vizual məlumat bazasını araşdıraraq istənilən ölkədəki ABŞ hərbi bazasının təfərrüatlarına da baxa bilərlər.