ABŞ Dövlət katibi Entoni Blinken fevralın 20-də Türkiyəyə səfər edəcək.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə məlumatı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu verib. 

NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında danışan Çavuşoğlu qeyd edib ki, Blinken zəlzələ bölgəsinə səfər edəcək, daha sonra isə danışıqlar aparılacaq. Danışıqlarda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü müzakirə ediləcək.

Qeyd edək ki, E.Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstanda rəsmi səfərdə olacaq.