Türkiyədə fevralın 6-da baş verən zəlzələdən 11 gün keçməsinə baxmayaraq sevindirici xəbərlər gəlməkdə davam edir.

İqtisadiyyat.az "Anadolu" Agentliyinə istinadən bildirir ki, zəlzələdən 261 saat sonra Hatay vilayətinin mərkəzi Antakyada 2 nəfər dağıntılar altından sağ çıxarılıb. 

Məlumata görə, 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı xilas edilib.