2023-cü ildə "Forbes" siyahısında olan 21 milyarder vəfat edib.

İqtisadiyyat.az-ın məlumatına görə, 2023-cü ildə "Forbes"in dünya milyarderlərinin son siyahısına daxil etdiyi 2640 milyarderdən ümumilikdə 21 milyarder dünyasını dəyişib. Onlardan 9-u Amerika vətəndaşı olub. ABŞ-dan başqa, Hindistan və Malayziyada da bir neçə milyarder dünyasını dəyişib. Qeyd olunur ki, bu siyahıda yalnız bir qadın var - Çinin WuXi AppTec əczaçılıq şirkətinin həmtəsisçisi Zhao Ning.

Nəşr yazır ki, 2023-cü ildə ölən milyarderlərin orta yaşı 85 olub. Demək olar ki, yarısının ən azı 90 yaşı var idi. Hindistanlı iş adamı Keşub Mahindra və "Berkshire Hathaway" in sədr müavini Çarlz Munger 2023-cü ildə ölən ən yaşlı iki milyarder olub. Hər ikisinin 99 yaşı var idi.