2012-2022-ci illər ərzində Azərbaycanın Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Azərbaycan Ordusunun qeydiyyatında olan 64 686 ədəd piyada əleyhinə mina utilizasiya edilib.

Bu barədə İqtisadiyyat.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, utilizasiya edilən tank əleyhinə minaların sayı isə 67 633-dür.