“Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard ABŞ dolları idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard ABŞ dolları təşkil edib. 

2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100,7 milyard ABŞ dolları olub.

Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır”, - deyə nazir vurğulayıb.