2002-2020-ci illərdə sahibkarlara verilən güzəştli kreditlərin həcmi barədə məlumat verilib. 

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”, - deyə nazir qeyd edib.