Türkiyədə qızıl emalı zavodları ən azı 1, ən çoxu 100 qram qızıl istehsal edə biləcək. 

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb. Bu qərar əlində çəkisi 1 qramdan az zinət əşyası olan vətəndaşların narahatlığına səbəb olub. 

Maliyyə analitiki İslam Memiş bildirib ki, əlində 1 qram və ya daha az qızıl olan vətəndaşların heç bir problemi olmayacaq

"Həmin vətəndaşlar əllərindəki qızılı istənilən vaxt dəyişdirə biləcəklər. İnflyasiya birrəqəmli həddə çatdıqdan sonra vəziyyət yenidən normallaşa bilər", deyə analitik qeyd edib.

Gülşən Şərif