Zaporojye vilayətinin Vasilivka qəsəbəsindəki qaraj kooperativində döyüş üçün yararlı olan RPQ-22 aşkar edilib. Bu barədə Zaporojye vilayətinin Mərkəzi Daxili İşlər İdarəsi məlumat yayıb:

"RPQ-22 silahı ərazidə polis əməkdaşları tərəfindən tapılıb. Partlayıcı maddələr üzrə ekspertlər hadisə yerinə gələrək, zərərsizləşdiriblər. Silah məhv edilmək üçün Milli Qvardiyanın əməkdaşlarına təhvil verilib”.

Qeyd edək ki, Zaporojye vilayətinin təhlükəsizlik qüvvələri mütəmadi olaraq müxtəlif silah anbarlarını ifşa edir.