"Ölkədə yaxın 2-3 il ərzində "Cash Center" istifadəyə veriləcək. Eyni zamanda pul avadanlıqlarına qarşı tələblər də müəyyən ediləcək".

İqtisadiyyat.az bildirir ki, bunu Mərkəzi Bankın nağd pul departamentinin ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı deyib.

Qeyd edək ki, nağd pul siyasəti ilə bağlı yeni qanun layihəsinin müzakirəsi gedir.