Vəkillər Kollegiyasının üzvü Tural Şükürov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, vəkil AZAL-a qarşı məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. T.Şükürov AZAL-dan maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
İş hazırda apellyasiya mərhələsindədir. VK-nın üzvünün iddiası Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, T.Şükürov Ekol Vəkil Bürosunun vəkilidir.