Ukrayna ordusunun Xerson və Xarkov vilayətlərində başlatdığı əks-hücum zamanı təqribən 3 min kvadratkilometr ərazi Rusiya qüvvələrindən geri alınıb.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 40-dan çox yaşayış məntəqəsi yenidən Ukraynaya qayıdıb.

Bundan əlavə, Ukraynanın şərqindəki Xarkov vilayətində toqquşmalar şiddətlənib. Ukrayna mənbələri sentyabrın 7-dən etibarən Xarkov vilayətində yaşayış məntəqələrinin alınmağa başladığını açıqlayıb.