Prezident Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Avropa Şurasının sədri Mişel prezident Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib.

Regional məsələlərin də dəyərləndirildiyi görüşdə prezident Ərdoğan Türkiyənin Avropa üçün böyük strateji dəyəri olan Aİ-yə tamhüquqlu üzvlüyünə uyğun olaraq konkret və müsbət gündəmlə bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini bildirib.

Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılmasının təmin edilməsi, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın vacibliyini vurğulayan prezident Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.