Kənd təsərrüfatı mövsümünün nəticələrinə əsasən (1 iyul 2023-cü il - 30 iyun 2024-cü il), Rusiya buğda və arpa ixracında dünyada birinci yeri tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı bazarlarının tənzimlənməsi departamentinin direktoru Aleksandr Malov iclasda bildirib.

“Biz ötən kənd təsərrüfatı mövsümünə praktiki olaraq yekun vurmuşuq, onun ilkin nəticələrinə görə, Rusiya buğda və arpa ixracında birinci yeri tutub”, - deyə Malov bildirib.

O qeyd edib ki, ümumilikdə Rusiya taxıl bazarına görə dünyada üçüncü, bitki yağı ixracına görə isə ikinci yerdədir.

 

Gözəl Həşimova