Amerikalı sahibkar İlon Mask ABŞ-nin eks-prezidenti Donald Trampın seçki kampaniyasına dəstək üçün yeni siyasi komitəyə aylıq təxminən 45 milyon dollar ayırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır.

Məlumata görə, ABŞ-nin eks-prezidentinin seçki kampaniyasına dəstək verən siyasi komitəni “Palantir Technologies” şirkəti, eləcə də ABŞ-nin Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun “Alliance Resource Partners” şirkətinə rəhbərlik edən həyat yoldaşı Co Kraft dəstəkləyir.

Qeyd olunur ki, iyun ayında yaradılan yeni komitə yeni seçicilərin qeydiyyatına diqqət yetirəcək və əyalətlərdə erkən səsvermə və poçtla göndərilən bülletenləri təşviq edəcək.