“Arabica” qəhvə fyuçersləri son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.

İqtisadiyyat.az “Bloomberg”ə istinadən xəbər verir ki, Nyu-York birjasında bir funt qəhvənin qiyməti 1,5% artaraq 2,465 dollar olub.

Bildirilib ki, qiymətin bu həddə çatmasının əsas səbəbi əlverişsiz hava şəraitidir. Belə ki, istilik səbəbindən artan təchizat problemləri fonunda xammalın qiyməti 2022-ci ildən bəri ən yüksək həddə qalxıb. Bazar nümayəndələri hesab edirlər ki, daha ucuz "Robusta" çeşidinin bahalaşması isə həm də yüksək keyfiyyətli xammalın qiymətlərinin artmasına səbəb olur.

Məlumata görə, Vyetnam və İndoneziyadakı əsas "robusta" istehsalçılarının məhsulu pis hava şəraiti səbəbindən aşağı düşüb. Beləliklə, bu növ qəhvənin əmtəə fyuçersləri bu həftə 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

 

Sadiq Cavadov