Bu il Belarusun ərzaq məhsullarının ixracı 9 milyard dollara çatmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Roman Qolovçenko bildirib.

Baş nazir yeni texnologiyaların axtarışı və cəlb edilməsinin, yeni istehsal növlərinin inkişafının zəruriliyinə də diqqət çəkib.

Qeyd edək ki, ötən il Belarusun ərzaq ixracı təxminən 7,5 milyard dollar təşkil edib. Belarus 90-dan çox ölkəyə kənd təsərrüfatı məhsulları tədarük edir.

 

Gözəl Həşimova