Livan ərazisindən İsrailin şimal rayonları yenidən atəşə tutublar.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ümumilikdə üç mərmi İsrailə doğru atılıb, onlardan ikisi açıq ərazilərə düşüb, biri isə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bundan əlavə, səhər saatlarında İsrail hərbçiləri Livanın cənubundakı Mays əl-Cəbəl bölgəsindəki iki binada Hizbullah təşkilatının silahlı birləşmələrinin üzvlərinin olmasını qeydə alıb. Ordudan verilən məlumata görə, bundan sonra İsrail Hərbi Hava Qüvvələri bu binalara zərbələr endirib.