Bu ilin yanvar-may aylarında Azərbaycanda 11 335,1 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% çoxdur. 

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 iyun tarixində Azərbaycanda kərə yağı ehtiyatı 44,9 ton olub.

Bu dövrdə ölkədə duru bitki yağı istehsalı 24% artaraq 17 959,3 ton olub.