İyulun 10-dan Rusiya Federasiyası buğdanın ixrac rüsumunu bir ton üçün 1701,3 rubla endirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı nazirliyi məlumat yayıb.

Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 235,4 dollar, arpa üçün 175,9 dollar, qarğıdalı üçün 188,4 dollar olacaq.

 

Gözəl Həşimova