Avropa İttifaqı etiraz edən avropalı fermerlərin tələblərini yerinə yetirmək üçün Ukraynadan yumurta və şəkər idxalına rüsumların bərpası ilə bağlı qərarını iyunun 28-də elan edəcək.  

Bu barədə İqtisadiyyat.az “Financial Times”a istinadən xəbər verir.

Məlumata görə, rüsumlar ağ şəkərin hər tonu üçün 419 avro, xam şəkərin hər tonu üçün 339 avro və 1 kq yumurta üçün 30 avro sent olacaq.

Qərar bir il müddətinə - 2025-ci ilin iyun ayına qədər qüvvədə olacaq.

 

Gözəl Həşimova