"Sedef Pharma" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühüm sənədləri itib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətə məxsus dərman vasitələrinin topdan satışı fəaliyyətinə aid lisenziya əlavəsi yoxa çıxıb.

2017-ci ildə şirkətə verilmiş icazə sənədinin hansı şəraitdə itməsi məlum deyil. Lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, dərman vasitələrinin satışı ilə məşğul olan "Sedef Pharma" 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Babayev Rəhim Vaqif oğludur. Şirkət dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələri üçün dərmanların satın alınması ilə bağlı elan etdiyi milyonluq tenderlərin qalibi olub.