“Unibank”ASC-nin 2024-cü ilin birinci yarısında depozitlərinin həcmi 1 milyard 244 milyon 687 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2,3 %, yaxud da 28 milyon 795 min manat çoxdur.

2023-cü ilin sonunda bankın depozitlərinin həcmi 1 milyard 215 milyon 892 min manat olub.    

Bu ilin hesabat dövründə “Unibank”da fiziki şəxslərin depozitlərinin həcmi 975 milyon 233 min manat olub, bu da 2023-cü ilin sonu ilə müqayisədə 3,6 %, yaxud da 33 milyon 953 min manat çoxdur. 2023-cü ilin sonunda fiziki şəxslərin depozitlərinin həcmi 941 milyon 280 min manat olub. 

2024-cü ilin birinci yarısında “Unibank”da hüquqi şəxslərin depozitlərinin həcmi 269 milyon 454 min manat olub, bu da 2023-cü ilin sonu ilə müqayisədə 1,8 %, yaxud da 5 milyon 158 min manat azdır.

Qeyd edək ki, 2023-cü ilin sonunda hüquqi şəxslərin depozitlərin həcmi 274 milyon 612 min manat olub.