Premium Bank Məlumatların emalı və hesabatlıq şöbəsinə Aparıcı/ Baş mütəxəssis vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
  • Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
  • Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
  • Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
  • Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
  • Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır
  • PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
  • Ən azı 2 il bank iş təcrübəsi olmalıdır;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
  • İş saatı 09:00-dan 18:00-dək
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini HR@premiumbank.az elektron ünvanına 01.03.2022 tarixinədək göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Komplayens departamentinin “Məlumatların emalı və hesabatlıq” şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.