“Bank Respublika” ASC Bank Kartları Departamentində POS-terminallarla iş üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Ümumi vəzifə öhdəlikləri:

  • POS-terminal sifarişlərinin qəbulu və quraşdırılması üzrə zəruri işlərin həyata keçirilməsi;
  • Təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması və terminalın iş prinsipinin izah olunması;
  • Təsərrüfat subyektləri və filiallara POS-terminal üzrə texniki dəstəyin göstərilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili arzuolunandır;
  •  Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  •  Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
  •  Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq və  məqsədyönlülük;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində POS-terminallarla iş üzrə kiçik mütəxəssis qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.