PASHA Bank hayihə rəhbəri (müvəqqəti) vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT/Biznes və təşəbbüslərinin idarə edilməsi

Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq

Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi

Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi

İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak

Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi

Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir

Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)

Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə minimum 3 il

Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı

Xarici dillər: İngilis (səlis), Rus (səlis)

Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).

Məhsul üzrə biliklər: Biznes texnologiyalarında geniş təcrübə və maraq

Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru

Başqa tələblər: Proqram təminatı yazılma proseslərinin biliyi. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi).