Xalq Bank maliyyə monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankın və nəzarətedici orqanın tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;

PL/TMM risklərinin idarə olunması üçün Bankda tətbiq olunacaq proqram təminatı üzrə texniki tapşırıqların icrası, testlərin aparılması;

CRS/FATCA hesabatlılığı üzrə məlumatların toplanması, emalı və hesabatların təqdim olunması;

Sorğuların cavablandırılması;

Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Tələblər:

İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;

Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dilini bilənlərə üstünlük veriləcək)

Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);

Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları, PL/TMM sahəsinə aid qanunvericik, eləcə də bu sahədə beynəlxalq standartlar üzrə biliklər;

Müştərilərin bank əməliyyatları ilə bağlı praktiki biliklər;

CAMS sertifikatı olanlara üstünlük veriləcək;

Analitik düşünmə, detallara fikir vermə qabiliyyəti, dəqiqlilik, məsuliyyətlilik;

Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.