Kontakt Home Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.

İqtisadiyyat.az xəbər verir ki, Kontakt Home  vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
  • Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
  • Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
  • Merçendayzinqin əsaslarını üzrə biliklər;
  • Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər  linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.