Access Bank Kiçik, Orta və Korporativ Müştərilər üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir. 

İqtisadiyyat.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

  • Müştərilərlə əlaqələrin qurulması və cəlb edilməsi;
  • Müştərilər ilə güvənli və uzun müddətli əməkdaşlıq qurmaq;
  • Müştəri biznesinin maliyyə təhlili və ilkin qiymətləndirilməsi;
  • Kredit və qeyri-kredit məhsullardan istifadə edən müştərilərdən ibarət keyfiyyətli portfelin formalaşdırılması;
  • Bazar dinamikası və biznes təmayülləri barədə xəbərdar olmaq;
  • Departament tərəfindən qoyulan bütün vəzifələrin yerinə yetirilməsi;
  • Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti.

Tələblər:

  • Bank, Maliyyə və İqtisadiyyat sahəsində bakalavr təhsili;
  • KOBM sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Analitik düşünmə və riyazi təhlil qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləyə bilmə bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus dili biliyinə üstünlük verilir).
    Müraciət üçün linkə keçid edin.