"Kontakt Home" şirkəti Mağaza asistenti vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Öhdəliklər

  • Mağaza əməkdaşlarına inzibati dəstəyin göstərilməsi;
  • Sənədlərin və qiymətlərin çap olunması;
  • Məhsulların düzgün yerləşdirilməsinə nəzarətin həyata keçirilməsi;
  • Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Mağaza üçün təsərrüfat sifarişlərinin verilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 10:00-19:00;
  • İş yeri Kontakt home “Ukrayna dairəsi" və  “İnşaatçılar” mağazaları üçün nəzərdə tutulub.

Tələblər:

  • Ali təhsil;
  • İnzibati sahədə iş təcrübəsi - 1 il;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Müştərilərlə davranış etikası.

Qeyd olunan tələblərə uyğun namizədlər  linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.