Coffeemania marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İqtisadiyyat.az xəbər verir ki, Coffeemania vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Müvafiq sahədə 2 ildən az olmayaraq iş təcrübəsi (Restoran sferasında təcrübə üstünlükdür);
  • Reklam agentlikləri ilə iş təcrübəsi arzuolunandır;
  • Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərində bilik üstünlükdür;
  • Məsuliyyətli, dəqiq və xoş görünüşlü;
  • MS Office proqramlarında səlis işləyə bilməli.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mövcud marketinq planının həyata keçirilməsi;
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili;
  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
  • Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili;
  • Outdoor və indoor reklamların yerləşdirilməsi;
  • Xüsusi günlər üzrə tədbirlərin təşkili;
  • Marketinq layihə, plan və büdcənin hazırlanması;
  • Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq;
  • Rəhbərliyin tələb etdiyi işlərin icrasını təmin etmək.

Şirkətimiz barədə:

  • İş yeri Nərimanov rayonunda yerləşir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Mehriban kollektiv;
  • Rahat ofis şəraiti;
  • Əmək haqqı: 800-1200 AZN;
  • 6 günlük iş rejimi;
  • İş saatları: 9:00-18:00 (şənbə günü qısaldılmış iş günü)

Tələblərə uyğun namizədlər CV formalarını elektron poçt ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər. (hr@coffeemania.az)