“Bank Respublika” ASC Problemli Kreditlərlə iş Departamentinin Təhlil və Hesabatlılıq şöbəsinə Analitik vəzifəsi üzrə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Problemli kredit portfelinin analizi və təhlili;

Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;

Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;

Hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;

Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);

Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);

Analitik düşünmə və düzgün qərarvermə bacarığı;

Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;

Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlilərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.