Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. 

İqtisadiyyat.az-ın məlumatına görə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadır. Bu barədə danışan deputat Vüqar Bayramov deyir ki, 120 dövləti birləşdirən hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur. Bu BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin 2/3-nün birləşdiyi hərəkat dünya əhalisinin 55.0 faizini özündə cəmləşdirib:

 

 

“Hərəkata üzv olan dövlətlərdə il ərzində 15.0 tirlyon dollar yaxın ÜDM formalaşdırılır. Bu qlobal iqtisadiyyatın 15.0 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4.5 tirlyon dollardan çox ixracatı olub. 

Azərbaycanın hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi həmçinin ölkəmizin geo-siyası mövqeyinin daha da güclənməsinə şərait yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son zirvə görüşündəki çıxışı hərəkat vasitəsi ilə BMT və eləcə də Bretton-Vuds qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdiminatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarəedilməsində də aktiv mövqeyə malik olan dövlətlərdəndir".