Dünayda təbii qaza tələb son illərdə 4 trilyon kubmetrdən çox artıb. 2000-2023-cü illər arasında iqtisadi böhran dövrləri istisna olmaqla, bu enerji mənbəyinə tələbat demək olar ki, hər il artıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, 2023-cü ildə dünya üzrə təbii qaza tələb təxminən 4,1 trilyon kubmetr təşkil edib ki, bu da 2000-ci ildən bəri ən yüksək səviyyədir.
İllər |
Qaz tələbi (trilyon kubmetr) |
2000 |
2,433 |
2001 |
2,493 |
2002 |
2,553 |
2003 |
2,651 |
2004 |
2,714 |
2005 |
2,830 |
2006 |
2,888 |
2007 |
2,988 |
2008 |
3,086 |
2009 |
2,992 |
2010 |
3,234 |
2011 |
3,275 |
2012 |
3,393 |
2013 |
3,448 |
2014 |
3,452 |
2015 |
3,518 |
2016 |
3,587 |
2017 |
3,734 |
2018 |
3,903 |
2019 |
4000 |
2020 |
3,925 |
2021 |
4,090 |
2022 |
4,052 |
2023 |
4,100 |
Araşdırmalara görə, son 20 ildə dünyada təbii qaz istehlakı artmaqdadır. Rusiya dünyada ən böyük sübut edilmiş təbii qaz ehtiyatlarına malik ölkədir. 2023-cü ilə qədər ölkənin 44,2 trilyon kubmetr dəyərində qalıq yanacaq ehtiyatı olub.
Siyahıda sonrakı yerlərdə müvafiq olaraq 30 və 20 trilyon kubmetr ilə İran və Qətər gəlir. Buna baxmayaraq, ötən il ABŞ dünyanın ən böyük təbii qaz istehsalçısı və istehlakçısı olub. 2023-cü ildə ABŞ təxminən bir trilyon kubmetr təbii qaz hasil edib.
Məlumata görə, dünya üzrə təbii qazın ixrac dəyəri 2022-ci ildə təqribən 373 milyard ABŞ dolları təşkil edib ki, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, təbii qaz digər qalıq yanacaqlardan daha az karbon tərkibinə malik olduğuna görə Yer kürəsinin ən təmiz qalıq yanacağı hesab olunur.
Gözəl Həşimova