Amerikanın "Tesla" şirkəti Çindən 1,68 milyon elektrikli avtomobilini geri çağırır.

İqtisadiyyat.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Buna səbəb sürücü qapısında problemin olmasıdır. Belə ki, ön hissəsində yerləşən qapı tam bağlanmaya bilər və nəticədə maşını sürərkən qapı açıla bilər.

Geri çağırma proqram təminatının uzaqdan yenilənməsi vasitəsilə həyata keçiriləcək və 2020-2024-cü illərdə istehsal olunan avtomobillərə, xüsusən də "Model 3" və "Model Y" modellərinə təsir edəcək.

Qeyd edək ki, "Tesla"nın ilin əvvəlindən bəri kapitallaşması 19,3% azalaraq 641 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova