Rusiya Federasiyasının beynəlxalq ehtiyatları bu ilin avqustun 1-nə 602,05 milyard dollar təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.
Məlumata görə, bu da iyuldakı göstəricidən 1,44% və ya 8,552 milyard dollar çoxdur.
Qeyd edək ki, 2023-cü ilin avqustun 1-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 589,966 milyard dollar təşkil edib.
Gözəl Həşimova