Almaniyanın Kröf yaşayış məntəqəsində hotel çöküb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb.

Məlumata görə, binada 14 nəfər olub. Beş nəfər xilas olmağı bacarsa da, dağıntılar altında 9 nəfər qalıb. Onlardan biri uşaqdır.

Axtarış-xilasetmə əməliyyatları davam edir.