Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

İqtisadiyyat.az xəbər verir ki, həkim-uroloq/androloq vəzifəsinə Elvin İsmayılov təyin edilib.

Qeyd edək ki, Elvin İsmayılov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub, 2012-ci ildə həmin universiteti bitirib.

2013-2016-cı illərdə Mərkəzi Klinik Xəstəxanada həkim-uroloq kimi rezidentura təhsili alıb.

2016-cı ildə TUS imtahanında Samsun Ondoqquz May Universitetinin Urologiya fakültəsinə daxil olub, 2022-ci il tarixində uzman uroloq olaraq məzun olub.

2023-cü ildən 2024-cü ilin iyul ayına qədər Masallı Bioloji təbabət klinikasında Uroloq-cərrah olaraq fəaliyyət göstərib.