Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2 237,2 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,9% çoxdur.

Bu göstəricinin 74,3%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 35,8%-i və ya 800,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.