Çinin Şansi əyalətindəki Taiyuan Peyk Başlatma Mərkəzindən daha bir rabitə peyki – “10 Geely-0” orbitə uğurla çıxarılıb.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Buraxılış sentyabrın 5-də yerli vaxtla saat 20:30-da baş tutub. Orbitə buraxılan kosmik gəminin Çin avtomobil istehsalçısı “Geely” tərəfindən hazırlanmış avtonom idarəetmə texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə edilməsi planlaşdırılır.