Braziliya Ali Məhkəməsi "X" sosial media platformasına giriş qadağası tətbiq edəcəyini açıqlayıb.

İqtisadiyyat.az bu barədə "New York Times"a istinadən xəbər verir.

Məlumata görə, müxtəlif ölkələrdə hüquqi proseslərlə üzləşən İlon Maska məxsus olan "X", təxminən 200 milyon əhalisi olan Braziliyada da bağlanma riski altındadır.

Ali Məhkəmə "X"ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

Məhkəmə Maskdan bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib. Mask məhkəmənin tələbini yerinə yetirməyib və "X"in Braziliyadakı ofisini bağlayıb.

 

Gözəl Həşimova