Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin HIMARS artilleriya raket sistemləri üçün sursat tədarükünü üç dəfə azaltdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidmətinin teleqram kanalına məlumat yerləşdirilib.

Zelenski vurğulayıb ki, HIMARS sistemləri Kiyevə çox kömək edib. O qeyd edib ki, raketlərin tədarükünün başlanğıcında hər ay üç dəfə bundan çox raket göndərilib.

"Ukrayna digər döyüş sursatlarının növlərində də çatışmazlıq yaşayır. Kiyevə yeni zərbə pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə sistemləri (HHM) və onlar üçün sursatlar lazımdır",-deyə Zelenski əlavə edib.