Naxçıvan Muxtar Respublikasının bir sıra məktəblərində futbol meydançaları tikiləcək.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Təhsil Nazirliyi hazırlıqlara başlayıb.
Nazirlik futbol meydançalarının tikinti quraşdırma işlərinin icrası ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq işlərə start verib.
Meydançalar Naxçıvan şəhəri 4, 5, 6 nömrəli, Culfa şəhəri 3 nömrəli, Culfa rayon Yaycı kənd 1 nömrəli, Kəngərli rayon Qıvraq qəsəbə, Kəngərli rayon Xok kənd, Babək şəhər 1 nömrəli, Babək rayon Nehrəm qəsəbə 1 və 2 nömrəli və Şahbuz rayon Kolanı kənd tam orta məktəbləri üçün tikiləcək.